​Azərbaycan vətəndaşları Qazaxıstanda saxlanılıb

​Azərbaycan vətəndaşları Qazaxıstanda saxlanılıb Ötən sutka ərzində Qazaxıstan sərhədçiləri ümumilikdə 36 nəfər sərhəd pozucusunu tutub
Region
3 Mart , 2015 10:43
​Azərbaycan vətəndaşları Qazaxıstanda saxlanılıb

Bakı. 3 mart. REPORT.AZ/ Qazaxıstan sərhədçiləri Azərbaycanın üç vətəndaşını saxlayıblar.

"Report" "newskaz"a istinadən xəbər verir ki, bu haqda məlumatı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin mətbuat katibliyi yayıb. Xəbərdə bildirilib ki, Azərbaycan vətəndaşları saxta sənədlə sərhədi keçməyə cəhd göstərərkən tutulublar.

Tutulan digər şəxslər Qırğızıstan, Özbəkistan, Rusiya, Çin, Türkmənistan və Monqolustan vətəndaşlarıdır. Onlar inzibati qaydada məsuliyyətə cəlb olunacaq.

Ötən sutka ərzində Qazaxıstan sərhədçiləri ümumilikdə 36 nəfər sərhəd pozucusunu saxlayıb. 

Son xəbərlər

Orphus sistemi