Azərbaycan vətəndaşı Rusiyada miqrantların saxlanıldığı yerdə intihara cəhd edib

Azərbaycan vətəndaşı Rusiyada miqrantların saxlanıldığı yerdə intihara cəhd edib Rusiya tərəfi barəsində deportasiya qərarı çıxarılmış soydaşımızın üç aydır Azərbaycana qayıtmasına imkan vermir
Region
29 İyul , 2017 14:09
Azərbaycan vətəndaşı Rusiyada miqrantların saxlanıldığı yerdə intihara cəhd edib

Bakı. 29 iyul. REPORT.AZ/ Rusiyada miqrantların müvəqqəti saxlama yerində saxlanılan Azərbaycan vətəndaşı intihara cəhd edib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, soydaşımız məmurların yaratdığı şəraitə dözə bilməyib. Çünki nəzarətçilər üç aydır onu Perm şəhərindəki müvəqqəti saxlama yerində qalmağa məcbur edərək, Azərbaycana qayıtmağına imkan vermirlər. 

Məhkəmə Azərbaycan vətəndaşı barəsində Rusiyadan deportasiya edilməsi haqqında qərar qəbul etsə də, ancaq ona ən azı avqustun 14-dək müvəqqəti saxlama yerində qalmalı olacağı bildirilib. 

Hazırda onun sənədləri Rusiya Daxili İşlər Nazirliyinin Perm İdarəsinin uyğun qurumunda yenidən yoxlanılır.

Şahidlərin sözlərinə görə, yerli miqrasiya xidməti naməlum səbəblərdən miqrantların çoxunun öz vətənlərinə getməsini 6 ayadək uzadır. 

Son xəbərlər

Orphus sistemi