Yuxarı

Azərbaycan vətəndaşı qızıl əşyalarını Gürcüstana qanunsuz keçirməyə cəhd edib

​Azərbaycan vətəndaşı qızıl əşyaları qanunsuz keçirməyə cəhd edib

Azərbaycan vətəndaşı "Sınıq körpü" sərhəd-keçid məntəqəsindən Gürcüstana bəyan olunmamış qızıl əşyalar keçirməyə cəhd edib.

"Report"”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Azərbaycan vətəndaşı A.K. skaner yoxlanışından keçərkən onun üzərində ümumi çəkisi 134,7 qram olan qızıl əşyalar aşkar olunub.

Zinət əşyalarının ümumi dəyəri 8,647.84 lari (3215 dollar) təşkil edib.

Gürcüstan qanunvericiliyə uyğun olaraq, onun qızıl əşyaların dəyərinə bərabər məbləğdə cərimə olunması barədə qərar qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi