Yuxarı

Azərbaycan vətəndaşı Gürcüstanda heroinlə saxlanılıb

​Azərbaycan vətəndaşı Gürcüstanda heroinlə saxlanılıb

Gürcüstanda 1966-cı il təvəllüdlü E.H. adlı Azərbaycan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Naazirliyi məlumat yayıb.

Saxlanılan şəxsdən iki bağlamada ümumi çəkisi 114 qram olan heroin müsadirə olunub.

Azərbaycan vətəndaşı ilə bağlı külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanılması faktı üzrə istintaq başlanılıb. 

Onu 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi