Azərbaycan şirkətlərindən Gürcüstanda koronavirusla mübarizəyə maddi dəstək

Azərbaycan şirkətlərindən Gürcüstanda koronavirusla mübarizəyə maddi dəstək Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin ölkədə koronavirusla mübarizəyə verdiyi maddi dəstəyin həcmi təxminən 1 milyon lari (315 min ABŞ dolları) təşkil edir.
Region
9 Aprel , 2020 17:50
Azərbaycan şirkətlərindən Gürcüstanda koronavirusla mübarizəyə maddi dəstək

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin ölkədə koronavirusla mübarizəyə verdiyi maddi dəstəyin həcmi təxminən 1 milyon lari (315 min ABŞ dolları) təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) icraçı katibi Nəriman Qurbanov bildirib.

O deyib ki, Azərbaycan şirkətləri həm səfirliyin təşəbbüsü, həm də fərdi qaydada ehtiyacı olan insanlara ərzaq yardımları göstərib və kampaniya mərhələli şəkildə davam etdirilir: "Bununla yanaşı, Gürcüstan hökumətinin koronavirusla mübarizəyə dəstək məqsədilə yaratdığı StopCoV fonduna ianələr də həyata keçirilib".

N.Qurbanov qeyd edib ki, kampaniya çərçivəsində bu gün Tbilisi və ətraf qəsəbələrdə yaşayan 50-yə yaxın azərbaycanlıya ərzaq payları təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi