Yuxarı
    Bağlamaq

    Azərbaycan, Rusiya və İran energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

    Bu barədə üç ölkə prezindentinin yekun bəyanatında deyilir

    Bakı. 1 noyabr. REPORT.AZ/ Rəsmi Moskva, Bakı və Tehran yüksək səviyyəli görüş nəticəsində beynəlxalq enerji arenalarda birgə fəaliyyəti dərinləşdirmək və neft-qaz sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

    "Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə üç ölkə prezidenti - Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani tərəfindən imzalanan yekun bəyanatda deyilir. 

    "Tərəflər regional və dünya enerji bazarlarının davamlı fəaliyyət göstərməsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və İran İslam Respublikasının aparıcı rolunu qeyd edir, neft-qaz və neft-kimya sahələrində əməkdaşılığın genişləndirilməsini, o cümlədən neft-qaz mədənlərin kəşfiyyatı və inkişafını, xam neft və neft məhsulların daşınmasını və svop tədarükünün və beynəlxalq enerji arenalarda birgə fəaliyyəti dərinləşdirilməsini dəstəkləyir", - deyə sənəddə bildirilir.

    Tərəflər həmçinin üç ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi layihəsini və elektirk enerjisinin ticarətinə dair razılaşmaları dəstəkləyir.

    Tərəflər həmçinin müxtəlif formalı daşınma, dəniz turizmi və Xəzər dənizinin bioresurslarının qorunması istiqamətində əməkdaşılq etmək niyyətində olduqlarını açıqlayıblar.

    Bundan əlavə, üç ölkənin dövlət başçısı Xəzər dənizində elmi tədqiqat, hidroqrafiya və meteorologiya sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bəyan edib. Rəsmi Moskva, Bakı və Tehran Xəzər dənizində həmçinin fövqəladə vəziyyətlərin qarşısının alınması, hərbi əməkdaşlıq və təhlükəsizlik sahələrində əməkdaşlığ etmək niyyətindədir.

    Tərəflər Xəzər dənizinin hüquqi statusuna dair beştərəfli danışıqların gedişi ilə bağlı məmnunluqlarını ifadə ediblər. Hər üç ölkənin prezidenti sahilyanı dövlətlərin konsensus yolu ilə əsas sənədinin qısa bir vaxtda qəbul etmək niyyətini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi