Azərbaycan nümayəndə heyəti Tbilisidə keçirilən konfransda iştirak edir

Azərbaycan nümayəndə heyəti Tbilisidə keçirilən konfransda iştirak edir Tbilisidə "Gürcüstan iqtisadiyyatı: perspektivlər və çağırışlar" adlı beynəlxalq konfrans keçirilib
Region
20 Mart , 2017 11:46
Azərbaycan nümayəndə heyəti Tbilisidə keçirilən konfransda iştirak edir
Report.az

Tbilisi. 20 mart. REPORT.AZ/ Bu gün Tbilisidə “Gürcüstan iqtisadiyyatı: perspektivlər və çağırışlar” adlı beynəlxalq konfrans keçirilib.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə Gürcüstanın maliyyə və bank bazarının imkanları, orta və kiçik biznesin inkişaf perspektivləri, investisiya qoyuluşları, xarici iş adamları üçün yaradılan şərait və s. məsələlər müzakirə olunub.

Gürcüstan baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvili çıxışında tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Nazir deyib ki, konfransda ümumilikdə 450 nümayəndə iştirak edir, onların da əksəriyyəti xarici qonaqlardır. Bu da xarici iş adamlarının Gürcüstan iqtisadiyyatına marağının göstəricisidir.

D.Kumsişvili Gürcüstanda xarici iş adamları üçün geniş imkanların yaradılacağını xüsusi qeyd edib.

Sonra tədbirdə investisiya qoyuluşu, mövcud risklər, bank və özəl biznesin inkişafı üçün imkanlar, dövlət dəstəyi və s. mövzular üzrə məruzələr dinlənilib.

Son xəbərlər

Orphus sistemi