Azərbaycan müşahidəçiləri Özbəkistandakı seçkilərdə monitorinqin yekunları haqqında danışıb

Azərbaycan müşahidəçiləri Özbəkistandakı seçkilərdə monitorinqin yekunları haqqında danışıb "Özbəkistanda seçicilər üçün hər şərait yaradılıb"
Region
24 Dekabr , 2014 14:08
Azərbaycan müşahidəçiləri Özbəkistandakı seçkilərdə monitorinqin yekunları haqqında danışıb
Bakı. 24 dekabr. REPORT.AZ/ "Özbəkistanda keçirilən parlament seçkilərində 20 mln. seçicidən 18 mln. nəfər səs verib".

"Report" xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Cahangir Aminov parlament seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, seçkilər ölkə üzrə 9000 seçki məntəqəsində və xaricdə 44 məntəqədə keçirilib. Müşavir bildirib ki, seçkilər həmçinin Özbəkistanın Azərbaycandakı səfirliyində keçirilib və 200 Özbəkistan vətəndaşından 198 nəfər səs verib. 

"Nəticələrə əsasən, ən çox səsi Özbəkistanın Oliy Mejlisinin aşağı palatasında 47 yeri əldə edən Liberal-Demokrat partiyası toplayıb, daha sonra "Milli tıklanış" partiyası - 28 yer, Xalq-Demokratik partiyası - 21 yer və "Ədalət" partiyası - 17 yer əldə ediblər. 22 məntəqədə yanvarın 4-də II tur keçiriləcək. Seçkilərə 300 beynəlxalq müşahidəçi, o cümlədən Milli Məclis, AR MSK-dan 8 müşahidəçi və jurnalistlər nəzarət edib", - müşavir bildirib və əlavə edib ki, seçkilərdə ən çox yer qazanan partiya ölkənin prezidentinin təsdiq edəcəyi baş nazir namizədliyini irəli sürə bilər. 

Daha sonra çıxış edən ekspert İlqar Vəlizadə qeyd edib ki, Özbəkistanda seçicilər üçün hər şərait yaradılıb.

Azərbaycan-Özbəkistan parlamentlərarası qrupunun üzvü Etibar Hüseynov bildirib ki, Özbəkistan sabit ölkədir, bu da demokratik seçki keçirməyə imkan yaradır: "Özbəkistanda da Azərbaycandakı kimi müasir texnologiyalardan istifadə olunsa, yaxşı olar. Seçkilərdə səsvermə üçün hər şərait yaradılıb, bunu müşahidəçilər, o cümlədən ATƏT missiyası təsdiq edib".

E.Hüseynov həmçinin qeyd edib ki, Azərbaycandan müşahidəçilər nümayəndə heyəti Daşkənd və Səmərqənddə 100 məntəqədə olub və seçicilərin fəal iştirakını qeyd edib. 

Son xəbərlər

Orphus sistemi