​Azərbaycan Minskdə Həmkarlar İttifaqlarının VIII Qurultayında iştirak edir

​Azərbaycan Minskdə Həmkarlar İttifaqlarının VIII Qurultayında iştirak edir Tədbirdə əsas məsələlər öz həllini tapacaq
Region
30 Aprel , 2015 08:58
​Azərbaycan Minskdə Həmkarlar İttifaqlarının VIII Qurultayında iştirak edir

Bakı. 30 aprel. REPORT.AZ/ Bu gün Belarusun paytaxtı Minskdə 200 nümayəndənin iştirak edəcəyi mədəniyyət işçiləri Həmkarlar İttifaqlarının VIII Qurultayı keçiriləcək.

"Report" Belarus mətbuatına istinadən xəbər verir ki, tədbirdə əsas məsələlər, xüsusilə də, qurumun adının mədəniyyət, informasiya, idman və turizm işçilərinin həmkarlar ittifaqına dəyişdirilməsi məsələsi öz həllini tapacaq.

Qurultaya mədəniyyət, informasiya, idman və turizm nazirləri dəvət olunublar. Təşkilatın necə təkmilləşdirilməsi ilə bağlı öz təkliflərini xaricdən dəvət olumuş qonaqlar da verəcəklər.

Konfrans iştirakçıları qarşısında MDB Həmkarlar İttifaqlarının baş katibi Vladimir Kamen çıxış edəcək. Minskə, həmçinin Azərbaycanın həmkarlar ittifaqları işçilərindən ibarət nümayəndə heyəti də yollanıb.

Son xəbərlər

Orphus sistemi