Yuxarı

Azərbaycan MDB ölkələrinin vergi cinayətlərinin araşdırılması orqanları rəhbərlərinin iclasında iştirak edib

​Azərbaycan MDB ölkələrinin vergi cinayətlərinin araşdırılması orqanla
© Report

Tacikistanda MDB-yə üzv ölkələrin vergi (maliyyə) cinayətlərinin araşdırılması orqanları rəhbərlərinin Koordinasiya Şurasının XX iclası keçirilib.

"Report" Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Ermənistan, Qırğız Respublikası, Rusiya, Tacikistan və Özbəkistanın müvafiq orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbir zamanı dövlətlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, ekstremizm və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələləri müzakirə edilib. Nümayəndələr qaçaqmalçılığa və aksiz markası olmayan malların qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə qurumlararası əməkdaşlıq təcrübələrini bölüşüblər.

Görüşün yekununda bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən bir sıra qərarlar qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi