Yuxarı

​Azərbaycan-Gürcüstan şirkəti televizor istehsalına başlayır

Direktor istehsal etdikləri televizoru Avropa bazarına da çıxarmaq istədiklərini söyləyib

Bakı. 1 mart. REPORT.AZ/ "AG-Telecom" Azərbaycan-Gürcüstan şirkəti televizor istehsal etməyə başlayır.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu şirkətin direktoru Mixail Qlonti bildirib.

Onun sözlərinə görə, televizorun qiyməti 180-280 dollar arasında dəyişəcək.

Məhsul 2016-cı ilin aprelindən satışa çıxarılacaq.

Direktor istehsal etdikləri televizoru Avropa bazarına da çıxarmaq istədiklərini söyləyib.

Qeyd edək ki, "AG Telecom" Azərbaycan-Gürcüstan şirkəti 2013-cü ildə Rustavidə yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi