Azərbaycan filmində çəkilmiş gürcü aktyor vəfat edib - FOTO

Azərbaycan filmində çəkilmiş gürcü aktyor vəfat edib - FOTO Gürcüstanın tanınmış kino və teatr aktyoru Nodar Mqaloblişvili 87 yaşında vəfat edib.
Region
27 Mart , 2019 00:43
Azərbaycan filmində çəkilmiş gürcü aktyor vəfat edib - FOTO

Gürcüstanın tanınmış kino və teatr aktyoru Nodar Mqaloblişvili 87 yaşında vəfat edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, N.Mqaloblişvili 1954-cü ildə Kote Marcanişvili adına Dram Teatrının aktyoru olub.

Aktyor teatrda bir sıra parlaq obrazlar yaradıb. O, 1958-ci ildə kinoda debüt edib və həm gürcü, həm də sovet rejissorlarının məşhur filmlərində epizodik rollarla yanaşı, əsas rollarda da oynayıb.

N.Mqaloblişvili Mark Zaxarovun "Sevgi formulu" filmində yaratdığı qraf Kaliostro obrazı ilə daha çox populyarlıq qazanıb.

Aktyor 1976-cı ildə Gürcüstanın əməkdar, 1979-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

N.Mqaloblişvili 2006-cı ildə kinorejissor Vaqif Mustafayevin lentə aldığı "Yoxlama" filmində "Çolaq" obrazını canlandırıb.

Son xəbərlər

Orphus sistemi