Ermənistanda avtomobil idxalatçıları etiraz aksiyası keçirib

Ermənistanda avtomobil idxalatçıları etiraz aksiyası keçirib Ermənistanda avtomobil idxalatçıları hökumət binasının qarşısında etiraz aksiyası keçirib.
Region
11 Sentyabr , 2019 16:25
Ermənistanda avtomobil idxalatçıları etiraz aksiyası keçirib

Ermənistanda avtomobil idxalatçıları hökumət binasının qarşısında etiraz aksiyası keçirib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, onlar Gümrüdə yeni avtomobil gömrük məntəqəsinin tikintisinə etiraz ediblər.

“Gümrüdə yeni avtomobil gömrük məntəqəsi tikilir. Bu, o deməkdir ki, Yerevan və başqa şəhərlərdən adamlar gömrük rəsmiləşdirilməsi aparmaq üçün Gümrüyə gəlməlidir . Bu, sadəcə olaraq, mümkünsüzdür. Mən baş nazirə sual vermək istəyirəm. Hər gün gömrükdə minlərlə maşın sənədləşdirilir. Siz yollarda neçə qəzanın olacağını təsəvvür edirsinizmi? Bundan başqa, təkərlər dəyişdirilməli və 2-3 gün Gümrüdə qalmaq lazımdır”, - deyə Avtomobil sürücülərini müdafiə liqasının sədri Tiqran Ovannisyan bildirib.

Onun sözlərinə görə, bu məntəqə fəaliyyətə başlasa, 3 aydan sonra avtomobil idxalatçıları işsiz qalacaq.

Son xəbərlər

Orphus sistemi