Avstriya XİN başçısı Türkiyə prezidentinin Vyana səfərinə qarşı çıxıb

Avstriya XİN başçısı Türkiyə prezidentinin Vyana səfərinə qarşı çıxıb Sebastyan Kurts: “O, ikitərəfli danışıqlar aparmaq üçün Avropa və Avstriyaya səfər edə bilər”
Region
27 Fevral , 2017 17:24
Avstriya XİN başçısı Türkiyə prezidentinin Vyana səfərinə qarşı çıxıb

Bakı. 27 fevral. REPORT.AZ/ “Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyədə keçiriləcək referendumla bağlı təbliğat kampaniyası çərçivəsində Avstriyaya gəlməsini alqışlamırıq”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kurts bildirib.

“Əlbəttə, başqa istənilən dövlətin yüksək səviyyəli siyasətçisi kimi, o da ikitərəfli danışıqlar aparmaq üçün Avropaya, o cümlədən Avstriyaya səfər edə bilər. Ancaq biz Avstriyanın qütbləşməsinə birbaşa səbəb olacaq Türkiyənin aparacağı kampaniyaya qarşıyıq” -  o vurğulayıb.

Avstriya XİN başçısının sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Avstriya və Almaniyaya əvvəlki səfərləri də kürdlər və onun tərəfdarları arasında gərginliyin yaranmasına səbəb olub.

Xəbərdə bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın Vyana və Berlin kimi şəhərlərə səfərlərində türklər bir araya gəlir. Bundan ən çox Avropadakı terrorçu PKK-nı dəstəkləyənlər narahat olurlar. Sebastyan Kurtsun terrorçularla eyni mövqeydən çıxış etməsi diqqətçəkicidir.

Qeyd edək ki, bu il aprelin 16-da Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi