Yuxarı

Avstriya Gürcüstanda səfirlik açıb

Avstriyanın Azərbaycandakı səfiri bundan sonra həm də Gürcüstan səfirliyinə rəhbərlik etməyəcək

Bakı. 26 avqust. REPORT.AZ/ Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex bundan sonra ölkəsinin, həm də iqamətgahı Bakıda olan Gürcüstan səfirliyinə rəhbərlik etməyəcək.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, Avstriya Xarici İşlər Nazirliyi Tbilisidə səfirlik açmaq qərarına gəlib.

Adıçəkilən ölkənin Gürcüstandakı yeni səfiri Arad Benko olacaq. Diplomat artıq etimadnaməsinin surətini qonşu ölkənin xarici işlər naziri Mixail Canelidzeyə təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi