Yuxarı

Avstraliyanın səfiri Ankarada terror aktı yerindən 20 metr məsafədə olub

Avstraliyanın Türkiyədəki səfiri Ceyms Larsen partlayış olan zaman avtomobildə olub

Bakı. 14 mart. REPORT.AZ/ Avstraliyanın Türkiyədəki səfiri Ceyms Larsen Ankarada terror aktı törədilərkən elə həmin küçədə olub. "Report" "Sydney Morning Herald"a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Culi Bişop məlumat verib.

Bişop bildirib ki, səfiri Ankarada partlayış zamanı terror aktı yerindən 20 metr məsafədə, avtomobildə olub. XİN başçısı səfirlə danışdığını və onun hələ də hadisənin təsirindən əsməcəyə tutulduğunu qeyd edib.

Xanım Bişop terror hücumunun Ankaranın diplomatik rayonunda baş verdiyini, amma bunun aktın diplomatlara qarşı həyata keçirilməsi anlamına gəlmədiyini deyib. O, səfir Larsenin orada olmasının sadəcə, təsadüf olduğunu bildirib.

Xatırladaq ki, Ankaranın mərkəzindəki "Kızılay" meydanında dünən törədilmiş terror aktı nəticəsində 34 nəfər həlak olub, 125 nəfər isə yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi