​Avropa Parlamentinin sədri: "Mən o iclasda olmamışam"

​Avropa Parlamentinin sədri: "Mən o iclasda olmamışam" Əhməd Davudoğlu avropalıları səmimi olmağa çağırıb
Region
17 Aprel , 2015 10:37
​Avropa Parlamentinin sədri: Mən o iclasda olmamışam

Bakı. 17 aprel. REPORT.AZ/ "Avropa Parlamentinin qətnaməsi qəbul edilən toplantıda iştirak etməmişəm". "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Martin Şults deyib. Məlumatda qeyd olunub ki, Martin ŞultsTürkiyənin baş naziri Əhməd Davudoğluya zəng edib. Avroparlamentin sədri qurumun toplantısında qəbul edilən qətnamə ilə bağlı Türkiyənin yanaşmasını bildiyini və bunun etirazla qarşılamasını anladığını deyib. 

Ə.Davudoğlu avropalı ortaqlarını Türkiyə-Ermənistan əlaqələri məsələsində səmimi olmaq, Ermənistana və erməni diasporuna Türkiyə ilə danışıqlara başlamaq çağırışı edib. 

O, vurğulayıb ki, Avropada və bu qitənin yaxın ətrafında siyasi böhranlar qarşılığında Türkiyə ilə Avropa İttifaqının qurumları arasında əməkdaşlığın ən yüksək səviyyədə olması vacibdir, ancaq belə bir məqamda Avroparlamentin qərarı bu münasibətlərə zərər verə bilər.

Son xəbərlər

Orphus sistemi