Avropalı diplomatlar Ankara meydanına 97 qərənfil düzdü

Avropalı diplomatlar Ankara meydanına 97 qərənfil düzdü Qərb diplomatları terror qurbanlarının sayı qədər qərənfilləri faciə yerinə düzdülər
Region
12 Oktyabr , 2015 23:17
Avropalı diplomatlar Ankara meydanına 97 qərənfil düzdü

Bakı. 12 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının Türkiyədəki diplomatik missiyalarının rəhbərləri bu gün paytaxt Ankarada qanlı terror aktının törədiliyi meydanda toplaşdılar.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Qərb diplomatları terror qurbanlarının sayı qədər qərənfilləri faciə yerinə düzdülər.

Ötən həftə Ankarada dəmiryol vağzalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 97-ə, yaralıların sayı isə 246 nəfərə çatmışdı.

Son xəbərlər

Orphus sistemi