​Avropa Şurasının baş katibi Gürcüstana səfər edəcək

​Avropa Şurasının baş katibi Gürcüstana səfər edəcək Bu, Turbyorn Yaqlandın qonşu ölkəyə ilk səfəri deyil
Region
14 Aprel , 2016 11:30
​Avropa Şurasının baş katibi Gürcüstana səfər edəcək

Bakı. 14 aprel. REPORT.AZ/Avropa Şurasının baş katibi Turbyorn Yaqland mayın əvvəlində Gürcüstana səfər edəcək. "Report"un Gürcüstan KİV-inə istinadən verdiyi məlumata görə, baş katib Avropa Şurasının 2016 - 2019-cı illərdə Gürcüstanla bağlı yeni fəaliyyət planının təqdimat mərasimində iştirak edəcək. 

Tədbir mayın 9-da başlayacaq. Səfərdən öncə baş katib Gürcüstanın xarici işlər naziri Mixail Canelidze ilə Strasburqda görüşərək, Avropa Şurası ilə əməkdaşlıq və ölkənin ərazi bütövlüyü məsələsini müzakirə edib.

Qeyd edək ki, bu,Turbyorn Yaqlandin Gürcüstana ilk səfəri deyil. O, 2010-cu ilin iyulu və 2016-cı ilin fevralında da Tbilisiyə səfər edib. Gürcüstan 1999-cu il aprelin 27-də şuraya üzv qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi