Avropa Şurasının baş katibi: "Başlıca məqsədimiz Türkiyəni Avropa ailəsində görməkdir"

Avropa Şurasının baş katibi: "Başlıca məqsədimiz Türkiyəni Avropa ailəsində görməkdir" Turbörn Yaqland: "Avropa Türkiyənin etimadını bərpa etmək üçün səy göstərməlidir"
Region
20 Avqust , 2016 17:55
Avropa Şurasının baş katibi: Başlıca məqsədimiz Türkiyəni Avropa ailəsində görməkdir

Bakı. 20 avqust. REPORT.AZ/ "Avropa Türkiyənin etimadını bərpa etmək üçün səy göstərməlidir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Turbörn Yaqland "Le Monde" qəzetinin avqustun 20-də çıxan sayına müsahibəsində bildirib.

"Mən bu yaxınlarda Ankarada oldum. Orada qiyamçıların əlində olan təyyarələrin uçuşu nəticəsində parlamentin dağılmış binasını gördüm. Avropa torpağında belə bir zorakılığın yaranmasına yol vermək olmaz", - deyə o vurğulayıb.

Baş katib Avropa liderlərinin iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhdə münasibətindən Türkiyə dövlətinin məyus olduğunu xüsusi olaraq qeyd edib: "Mən ümid edirəm ki, Avropa Türkiyəni daha çox dəstəkləyəcək. Bizim başlıca məqsədimiz Türkiyəni Avropa ailəsində görməkdir". 

Son xəbərlər

Orphus sistemi