Yuxarı
    Bağlamaq

    Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə yenidən baxılması ilə bağlı məsləhətləşmələr aparır

    Bu məsələ ilə bağlı konkret təkliflər payızda veriləcək

    Bakı. 4 mart. REPORT.AZ/ Avropa Komissiyası və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Avropa Qonşuluq Siyasətinə (AQS) yenidən baxılması ilə bağlı məsləhətləşmələr aparır. "Report" Aİ mətbuat xidmətinə istinadən xəbər verir ki, məsləhətləşmələrin yekunlarına görə Avropa Qonşuluq Siyasətinin gələcək istiqamətləri haqqında siyasi debatlar üçün çərçivə sənəd qəbul ediləcək. 

    Aİ mətbuat xidmətindən bildiriblər ki, açıq müzakirələrdən sonra bu məsələ ilə bağlı konkret təkliflər payızda irəli sürüləcək.

    Xatırladaq ki, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker bəyan edib ki, Avropa Qonşuluq Siyasəti Avropa Komissiyasının mandatının qüvvədə olduğu birinci il ərzində yenidən müzakirə olunacaq

    AQS axırıncı dəfə 2011-ci ildə müzakirə olunub. 

    Avropa Qonşuluq Siyasəti proqramına Azərbaycan, Ermənistan və Gürcüstan da olmaqla 16 ölkə daxildir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi