Avropa Parlamentinin rəhbəri İrana ilk rəsmi səfərini edəcək

Avropa Parlamentinin rəhbəri İrana ilk rəsmi səfərini edəcək Tehranda Aİ və İran arasında dialoqun aktivləşdirilməsi məsələsi müzakirə ediləcək
Region
6 Noyabr , 2015 15:48
Avropa Parlamentinin rəhbəri İrana ilk rəsmi səfərini edəcək

Bakı. 6 noyabr. REPORT.AZ/ Avropa Parlamentinin (AP) sədri Martin Şults noyabrın 7-də Tehrana ilk rəsmi səfərini edəcək. Səfər çərçivəsində AP rəsmisi İran hakimiyyəti ilə ikitərəfli dialoqun aktivləşdirilməsi məsələsini müzakirə edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avroparlamentin mətbuat xidməti məlumat verib.

"Sədr Martin Şults şənbə günü Avropa İttifaqı ilə İran arasında dialoqu aktivləşdirmək üçün adıçəkilən ölkəyə gedəcək", - qurumun bəyanatında deyilir.

Səfər zamanı M.Şults İran prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparacaq.

Son xəbərlər

Orphus sistemi