Yuxarı
    Bağlamaq

    Avropa Parlamenti Ukrayna və Gürcüstana vizasız rejimin verilməsini məsləhət görür

    Avropa Parlamentinin deputatları Avropa Komissiyasına və Avropa Şurasına gələn il Ukrayna və Gürcüstana viza rejiminin verilməsini tövsiyə edib

    Bakı. 4 dekabr. REPORT.AZ/ Avropa Parlamentinin deputatları Avropa Şurasının başçısı Donald Tuska, Avropa diplomatiyasının rəhbəri Federiko Moqeriniyə, Avropa Komissiyasının prezidenti Jan-klod Yunkerə və digər Avropa siyasətçilərinə açıq məktub yazaraq, Ukrayna və Gürcüstan hakimiyyəti tərəfindən Avropa İttifaqı ilə vizasız rejimin tətbiqi üçün tələb olunan işləri diqqətə almağı xahiş edib.

    "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Avropa Parlamentinin deputatları Avropa Komissiyasına və Avropa Şurasına gələn il Ukrayna və Gürcüstana viza rejimin verilməsini tövsiyə edib.

    Onların fikrincə, belə bir qərar "Şərq tərəfdaşlığı" prinsiplərinə uyğun olacaq, eləcə də ukraynalılara və gürcülərə Avropanın dəstəyini nümayiş etdirəcək.

    Ukrayna və Gürcüstan üçün vizaların mümkün ləğv edilməsinin dəqiq tarixi hələ məlum deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi