Yuxarı

​Avropa Parlamenti Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinin müzakirəsini dayandırıb

Avropa Parlamentinin sədri Martin Şults deyib ki, Türkiyə 72 şərtimizin hamısını yerinə yetirdikdən sonra sənəd üzərində işə başlayacağıq

Bakı. 11 may. REPORT.AZ/ Avropa Parlamentinin sədri və qurumdakı siyasi fraksiyaların liderləri Türkiyə vətəndaşlarının Şengen zonasına vizasız səyahət etməsi məsələsinin müzakirəsinin dayandırıb.

"Report" "EUobserver"ə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin Niderlanddan olan deputatı Yudin Sippel bildirib.

"Avropa Parlamentinin sədri Martin Şults deyib ki, Türkiyə 72 şərtimizin hamısını yerinə yetirdikdən sonra biz sənəd üzərində işə başlayacağıq", - deyə o, vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində Türkiyə vətəndaşlaırnın bu ilin oktyabrınadək Avropa İttifaqına üzv dövlətlərə vizasız rejimin tətbiq edilməsi məsələsinin həll olunmasını istədiyini bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi