Avropa Parlamenti PKK-ya qarşı yeni sanksiya tətbiq edib

Avropa Parlamenti PKK-ya qarşı yeni sanksiya tətbiq edib Türkiyənin Xarici İşlər Nazriliyi Avropa Parlamentinin qərarını alqışlayıb
Region
24 Noyabr , 2017 10:43
Avropa Parlamenti PKK-ya qarşı yeni sanksiya tətbiq edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Avropa Parlamenti terrorçu qruplaşmalara, o cümlədən PKK-ya qarşı yeni sanksiya tətbiq edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, parlamentin qərarına əsasən, terrorçuların Avropa Parlamentinə dəvət olunması qadağan edilib. 

Bundan başqa, onların Avroparlamentin binasına girişinə məhdudiyyət qoyulub və parlamentdə hər hansı təbliğat apara bilməzlər.

Türkiyənin Xarici İşlər Nazriliyi Avropa Parlamentinin qərarını alqışlayıb. Nazirliyin açıqlamasında qeyd olunub ki, qərarın icrasını yaxından izləyəcəklər.  

Son xəbərlər

Orphus sistemi