Yuxarı
    Bağlamaq

    Avropa Şurasının komitəsi: “Korrupsiya Ermənistanın penitensiar sistemində başlıca problem olaraq qalmaqdadır”

    Hesabata görə, ölkənin bir sıra həbsxanalarında normadan çox məhbus saxlanılır

    Bakı. 22 noyabr. REPORT.AZ/ “Korrupsiya Ermənistanın penitensiar sistemində başlıca problem olaraq qalmaqdadır”.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin hesabatında bildirilib.

    Komitə üzvləri Ermənistanın bir sıra cəzaçəkmə müəssisələrində monitorinq keçiriblər. Nümayəndə heyəti psixiatrik xəstəxanalara da baş çəkib.

    Hesabata görə, ölkənin bir sıra həbsxanalarında normadan çox məhbus saxlanılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi