​Avropa Komitəsi Ermənistan həbsxanalarındakı vəziyyətlə bağlı hesabat hazırlayıb

​Avropa Komitəsi Ermənistan həbsxanalarındakı vəziyyətlə bağlı hesabat hazırlayıb "Ötən il Komitə tərəfindən təklif olunan tövsiyələrin heç biri yerinə yetirilməyib"
Region
27 Yanvar , 2015 17:18
​Avropa Komitəsi Ermənistan həbsxanalarındakı vəziyyətlə bağlı hesabat hazırlayıb

Bakı. 27 yanvar. REPORT.AZ/ İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (İQAK) Ermənistana etdiyi iki səfərinin (aprel 2013, may 2014) nəticələrinə əsasən hesabat hazırlayıb. 

Avropa Şurasının mətbuat xidmətindən "Report"a bildiriblər ki, hesabatda polis əməkdaşlarının məhbuslarla davranışında problemlərin mövcüd olduğu əksini tapıb. Komitə nümayəndələri məhbuslardan onlara qarşı sərt və kobud davranışla, həmçinin onlara fiziki və psixoloji təzyiq göstərilməsi ilə bağlı çoxlu sayda şikayətlərin olduğunu bildiriblər.

Bundan başqa, Komitə üzvləri İrəvanda yerləşən Kentron həbsxanasında olduqdan sonra qeyd ediblər ki, ötən il Komitə tərəfindən təklif olunan tövsiyələrin heç biri yerinə yetirilməyib.

Nümayəndə heyəti vurğulayıb ki, ömürlük cəzaya məhkum olunmuş iki məhbusu ziyarət edərkən onların təkadamlıq kamerada saxlanılması və kameradan kənarda heç bir fəaliyyətlə məşğul olmadığı da müəyyən olunub. Onların saxlanma şəraiti antihumanist və deqradasiyaya gətirib çıxaran hal kimi qiymətləndirilib. 

Son xəbərlər

Orphus sistemi