Yuxarı

Avropa Komissiyasının prezidenti: "Şərq Tərəfdaşlığı" üzrə əsl dialoqa başlamaq lazımdır"

Şərq Tərəfdaşlığının daha məqbul və ciddi olmasını istərdim

Bakı. 19 aprel. REPORT.AZ/ "Şərq Tərəfdaşlığı" proqramı üzrə əsl dialoqa başlamaq lazımdır".

"Report" xəbər verir ki, bunu Strasburqda AŞPA-nın sessiyası çərçivəsində sualları cavablandıran zaman Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.

O, bildirib ki, bu proqram çərçivəsində dialoq birtərəfli keçirilir: "Şərq Tərəfdaşlığı"nın daha məqbul və ciddi olmasını istərdim".

Xatırladaq ki, Aİ-nin altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.

Yanvarın sonunda isə Polşanın xarici işlər naziri Vitold Vaşikovski yerli KİV-ə müsahibəsində "Şərq Tərəfdaşlığı" proqramının tamamilə iflasa məruz qaldığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi