​Avropa Komissiyası Türkiyə vətəndaşlarına viza rejiminin qaldırılması haqda qərar qəbul edib

​Avropa Komissiyası Türkiyə vətəndaşlarına viza rejiminin qaldırılması haqda qərar qəbul edib Bu haqda "Anadolu" agentliyi məlumat yayıb
Region
4 May , 2016 14:18
​Avropa Komissiyası Türkiyə vətəndaşlarına viza rejiminin qaldırılması haqda qərar qəbul edib

Bakı. 4 may. REPORT.AZ/ Avropa İttifaqı Komissiyası Türkiyə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə vizasız gedə bilməsi haqda qərar qəbul edib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Bu qərar Avropa Parlamenti və Şurası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Qərar təsdiqlənəcəyi halda, Türkiyə vətəndaşları Şengen zonası ölkələrinə 180 günə qədər vizasız səyahət edə biləcək.

Son xəbərlər

Orphus sistemi