Avropa Komissiyası: "Türkiyə ilə readmissiya haqqında saziş iyunda qüvvəyə minə bilər"

Avropa Komissiyası: "Türkiyə ilə readmissiya haqqında saziş iyunda qüvvəyə minə bilər" Bu, əvvəlcədən müəyyən edilmiş vaxtdan daha tez ola bilər
Region
8 Fevral , 2016 16:43
Avropa Komissiyası: Türkiyə ilə readmissiya haqqında saziş iyunda qüvvəyə minə bilər

Bakı. 8 fevral. REPORT.AZ/ Avropa İttifaqı ilə Türkiyə arasında readmissiya haqqında saziş artıq 2016-cı ilin iyun ayında, əvvəlcədən müəyyən edilmiş vaxtdan daha tez qüvvəyə minə bilər.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva məlumat verib.

"Readmissiya haqqında saziş 2014-ci ilin oktyabr ayında qüvvəyə minməli idi. Amma bu razılaşma vizaların liberallaşdırılması prosesi ilə paralel olaraq 2016-cı ilin iyununa çəkilib", - deyə M.Andreyeva Brüsseldə jurnalistlərə bildirib.

M.Andreyeva eyni zamanda readmissiya üzrə sazişin qüvvəyə minməsi və viza rejiminin liberallaşdırılması prosesinin iki müxtəlif danışıq prosesi olduğunu da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi