Yuxarı
    Bağlamaq

    Avropa Komissiyası Rusiya iqtisadiyyatına dair proqnozunu pisləşdirib

    Ekspertlər 2016-cı ildə Rusiyada ÜDM-in 1,2% əvəzinə, 1,9% azalacağını proqnozlaşdırırlar

    Bakı. 3 may. REPORT.AZ/ Avropa Komissiyası Rusiya iqtisadiyyatına dair fevral proqnozunu pisləşdirib.

    "Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, ekspertlər 2016-cı ildə Rusiyada ÜDM-in 1,2% əvəzinə, 1,9% azalacağını proqnozlaşdırırlar.

    Eyni zamanda, ekspertlər Rusiyada ÜDM-in 2017-ci ildə 0,3% yox, 0,5% artacağını da proqnozlaşdırıblar.

    "Geosiyasi vəziyyət, neftin qiymətinin zəif artımı, eləcə də Rusiya Mərkəzi Bankının monetar siyasəti hələ də Rusiya iqtisadiyyatına təsir edən əsas amillər olmaqda davam edir", - deyə hesabatda qeyd olunub.

    Ekspertlər həmçinin 2017-ci ildə Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi riskinin iqtisadi əminliyinin azalmasına və investisiyaların bərpasının gecikməsinə səbəb olacağının qeyd ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi