Avropa İttifaqının liderləri Türkiyə ilə bağlı məsələni müzakirə edəcəklər

Avropa İttifaqının liderləri Türkiyə ilə bağlı məsələni müzakirə edəcəklər Angela Merkel: “Türkiyə Avropa Şurası Parlament Assambleyasının qərarını nəzərə almalıdır”
Region
27 Aprel , 2017 12:16
Avropa İttifaqının liderləri Türkiyə ilə bağlı məsələni müzakirə edəcəklər

Bakı. 27 aprel. REPORT.AZ/ “Avropa İttifaqına üzv ölkələrin dövlət başçılarının aprelin 29-da keçiriləcək zirvə toplantısında Türkiyə ilə bağlı məsələlər müzakirə olunacaq”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Almaniya kanselri Angel Merkel Bundestaqdakı çıxışında bildirib.

Onun sözlərinə görə, aprelin 16-da keçirilən konstitusiya islahatı ilə bağlı referendum Avropa İtifaqı ilə Türkiyə arasındakı münasibətləri ciddi şəkildə mürəkkəbləşdirib: “Türkiyə Avropa Şurası Parlament Assambleyasının qərarını nəzərə almalıdır”.

Qeyd edək ki, aprelin 25-də AŞPA-da “Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi müzakirə olunub. Parlament Assambleyasının Montorinq Komitəsi Türkiyənin yenidən montorinq altına alınması haqqında qərar qəbul edib. Bundan başqa Avropa Şurasının təmsilçilərinin də daxil olduğu ATƏT-in rmüşahidə edən qrupu aprelin 16-da keçirilən referendumun demokratik standartlara uyğun gəlmədiyi haqda bəyanat verib.

Türkiyə rəsmiləri isə bu dəyərləndirməni və AŞPA-nın monitorinqlə bağlı qərarını qəbul etmədiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi