Avropa İttifaqının ali nümayəndəsi Moskvada Suriya münaqişəsini müzakirə edəcək

Avropa İttifaqının ali nümayəndəsi Moskvada Suriya münaqişəsini müzakirə edəcək Federika Moqerinin aprelin 24-də Rusiyaya səfər edəcək
Region
18 Aprel , 2017 13:34
Avropa İttifaqının ali nümayəndəsi Moskvada Suriya münaqişəsini müzakirə edəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Fedrika Moqerini Moskvaya səfəri zamanı ikitərəfli münasibətlərə dair məsələləri və Suriya böhranını müzakirə edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Viladimir Çijov Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

“Biz hesab edirik ki, səfər ikitərəfli münasibətlərə dair kompleks məsələləri və beynəlxalq aktual problemləri, o cümlədən Suriyadakı hazırki mərhələdəki vəziyyəti əhatə edəcək. Biz buna hazırlaşırıq”, - deyə rusiyalı diplomat vurğulayıb.

Onun sözlərinə görə, aprelin 24-də F.Moqerini Moskvaya səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi