Yuxarı

​Avropa İttifaqının ali komissarı: "Bu, bütün dünya üçün ümid simvoludur"

Federika Mogerini: İranın nüvə proqramı üzrə razılaşma beynəlxalq münasibətlərdə yeni səhifə aça bilər

Bakı. 14 iyul. REPORT.AZ/ "İranın nüvə proqramı üzrə razılaşma beynəlxalq münasibətlərdə yeni səhifə aça bilər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini "altılıq" ölkələri ilə İran təmsilçilərinin Vyanada keçirilən plenar iclasının açılışında bildirib.

O deyib ki, bu gün qəbul edilən qərar yalnız İranın nüvə proqramına aid deyil: "Qərar daha əhatəlidir. Bu qərar diplomatiya, əlaqələndirmə, əməkdaşlığın on illər boyu gərginliklərdən və qarşıdurmada keçərək, beynəlxalq münasibətlərdə yeni səhifə açmağın mümkünlüyünü göstərdi. Fikrimcə, bu, bütün dünya üçün ümid simvoludur". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi