Yuxarı

Avropa İttifaqı Şurasının sədri Donald Tuskun Gürcüstana səfəri təxirə salınıb

O, iyulun 14-dən 16-dək Gürcüstan və Ermənistana səfər edəcəkdi

Bakı. 13 iyul. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tuskun Gürcüstana səfəri təxirə salınıb.

"Report" xəbər verir ki, bu haqda Gürcüstanın "Rustavi 2" televiziyası məlumat yayıb.

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin dəvəti ilə Donald Tusk iyulun 14-də Tbilisiyə ikigünlük səfər etməli idi.

Məlumata görə, Yunanıstandakı vəziyyətlə bağlı səfər təxirə salınıb.

Gürcüstan Prezidenti Administrasiyasının başçısı bildirib ki, səfərin tarixi başqa vaxta dəyişdirilib. Amma o, səfərin dəqiq tarixini açıqlamayıb. 

Xatırladaq ki, Donald Tusk iyulun 14-dən 16-dək Gürcüstan və Ermənistana səfər edəcəkdi.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi