Yuxarı

​Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Qara siyahıdan iki nəfərin adı çıxarılıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Rusiyanın 149 vətəndaşına və 37 şirkətinə qarşı sanksiyanın müddətini daha 6 ay uzadıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurası rəsmi məlumat yayıb.

Xatırladaq ki, qərar Aİ-nin sentyabrın 2-də keçirilən daimi komitəsində qəbul edilib.

Ümumilikdə, İttifaqın "qara siyahısı"na 151 nəfər, o cümlədən, Rusiya hakimiyyətində təmsil olunanlar, güc strukturlarının nümayəndələri, siyasətçilər, iş adamları və Ukraynanın şərqindəki rusiyayönümlü separatçılar daxil edilmişdi. Yeni qərara əsasən, onlardan ikisinin adı siyahıdan çıxarılıb.

Siyahı açıqlanmadığından, üzərilərindən sanksiya götürülən şəxslərin adları hələ ki, məlum deyil.

İlk dəfə sanksiya ötən ilin sentyabrında qəbul edilib. Bu ilin martında isə onun müddəti uzadılıb.

Aİ Rusiyaya bu qadağaları Ukraynanın şərqində baş verənlərə və Krımın ilhaqına görə tətbiq edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi