Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq qərarına gəlib

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq qərarına gəlib Sanksiyalar Moskvanın Minsk sazişini kifayət qədər yerinə yetirməməsi səbəbindən uzadılacaq
Region
22 İyun , 2017 22:04
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq qərarına gəlib
Courtesy İmage

Bakı. 22 iyun. REPORT.AZ/ Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına gəliblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin sədri Donald Tusk məlumat verib.

"Razılığa gəldik. Aİ Minsk sazişini kifayət qədər yerinə yetirməməsi səbəbindən Rusiyaya qarşı sanksiyaları uzadacaq", — deyə Tusk "Twitter"də yazıb.

Bundan əvvəl mətbuat üçün sammitlə bağlı dərc olunmuş materiallarda bildirilirdi ki, iqtisadi sanksiyaların uzadılması ilə bağlı rəsmi qərar Aİ dövlətləri rəhbərlərinin iyunun 23-də başa çatacaq sammitindən bir neçə gün sonra qəbul oluna bilər.

Son xəbərlər

Orphus sistemi