Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb Bakı. 29 iyun. REPORT.AZ/ Avropa İttifaqı liderləri Brüsseldə keçirilən sammitdə Rusiyaya qarşı sanksiyaların daha yarım il müddətinə uzadılması barədə siyasi qərar qəbul ediblər.
Region
29 İyun , 2018 08:44
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Bakı. 29 iyun. REPORT.AZ/ Avropa İttifaqı liderləri Brüsseldə keçirilən sammitdə Rusiyaya qarşı sanksiyaların daha yarım il müddətinə uzadılması barədə siyasi qərar qəbul ediblər.

“Report” xəbər verir ki, bu barədə öz mənbəsinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Rusiya, Ukrayna və Minsk sazişləri mövzusunda qısa müzakirələr oldu, nəticədə sanksiyaların daha altı ay müddətinə uzadılması razılaşdırıldı", - deyə mənbə bildirib.

Avropa İttifaqı 2014-cü ilin yayında və daha sonra Ukraynada münaqişə fonunda Rusiyaya qarşı iqtisadi məhdudlaşdırıcı tədbirlər görüb.

Son xəbərlər

Orphus sistemi