Avropa İttifaqının xarici işlər nazirləri İranın nüvə məsələsini müzakirə edəcəklər

Avropa İttifaqının xarici işlər nazirləri İranın nüvə məsələsini müzakirə edəcəklər Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısında İranla imzalanmış nüvə razılaşmasına dair məsələ müzakirə ediləcək.
Region
15 İyul , 2019 12:16
Avropa İttifaqının xarici işlər nazirləri İranın nüvə məsələsini müzakirə edəcəklər

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısında İranla imzalanmış nüvə razılaşmasına dair məsələ müzakirə ediləcək.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant da iclasda iştirak etmək üçün Brüsselə səfər edib.

Qeyd edək ki, Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri iyulun 14-də məsələyə dair birgə açıqlama yayıblar: “İranla imzalanan nüvə razılaşmasını dəstəkləməkdə davam edirik. İranı bu yaxınlarda aldığı qərardan imtina etməyə çağırırıq. Bizim dəstəyimiz İranın razılaşmaya əməl etməsindən asılıdır”.

Xatırladaq ki, İran rəsmiləri uranı 3,67 faizdən artıq zənginşləşdirməyə başladıqlarını bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi