Yuxarı

​Avropa İttifaqı Gürcüstanla viza rejiminin ləğv olunması haqda qərarın qəbulunu təxirə salıb

Avropalı diplomat: Sadəcə olaraq, biz daha ehtiyatlı olmaq istəyirik

Bakı. 2 iyun. REPORT.AZ/ Avropa İttifaqı Gürcüstanla viza rejiminin ləğv olunması haqda qərarın qəbulunu təxirə salıb.

"Report" "Deutsche Welle"ə istinadən xəbər verir ki, Avropa İttifaqına üzv dövlətlərin təmsilçiləri Brüsseldə toplanaraq məsələni müzakirə ediblər. 

Müzakirələrin sonunda Gürcüstanla viza rejiminin ləğv olunması haqda qərarın qəbulunun təxirə salınması haqda razılığa gəlinib. 

Tədbirdə iştirak edən diplomatlardan biri deyib ki, vizanın ləğvi ilə bağlı proses tam dayandırılmayacaq: "Sadəcə olaraq, biz daha ehtiyatlı olmaq istəyirik. Biz miqrant axınının artacağından ehtiyatlanırıq".

Qeyd edək ki, Gürcüstan vətəndaşlarının "Şengen müqaviləsi"nə qoşulan dövlətlərə vizasız səfər etməsi məsələsini Almaniya və Fransa dəstəkləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi