​Avropa Məhkəməsində "Doğu Perinçəkin İsveçrəyə qarşı" işi ilə bağlı dinləmələr keçirilib

​Avropa Məhkəməsində "Doğu Perinçəkin İsveçrəyə qarşı" işi ilə bağlı dinləmələr keçirilib Məhkəmənin son qərarı bu ilin axırlarına kimi çıxarıla bilər
Region
28 Yanvar , 2015 18:01
​Avropa Məhkəməsində Doğu Perinçəkin İsveçrəyə qarşı işi ilə bağlı dinləmələr keçirilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Avropa İnsan Haqları Məhkəməsində (AİHM) "Doğu Perinçəkin İsveçrəyə qarşı" işi ilə bağlı dinləmələr keçirilib. 

"Report" xəbər verir ki, 17 dekabr 2013-cü ildə Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) qondarma soyqırımın kriminallaşdırılması ilə bağlı şikayət edib və məhkəmə bu şikayəti təmin edib.

Xatırladaq ki, 2008-ci ildə Doğu Perinçək İsveçrə məhkəməsi tərəfindən qondarma "erməni soyqırımı faktı"nı inkar etdiyinə görə mühakimə olunub. Bundan sonra o, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib və prosesi udub. 2014-cü ilin martında İsveçrə hökuməti AİHM-in qərarından apellyasiya şikayəti verib. Daha sonra Ermənistan da prosesə üçünçü tərəf kimi daxil olub. Erməni tərəfini bu prosesdə məşhur vəkil Amal Rəmzi Kluni təmsil edəcək.

Dinləmələrin sonunda Doğu Perinçək bir daha qeyd edib ki, qondarma "erməni soyqırımı"nın kriminallaşdırılmasına qarşıdır. O qeyd edib ki, "soyqırım" termini sırf hüquqi xarakter daşıyır. Osmanlı İmperiyası isə heç zaman qarşısına ermənilərin məhv edilməsi məqsədini qoymayıb.

Sonra dinləmələr qapalı formatda davam edib.

Məhkəmənin son qərarı 6-8 aydan sonra çıxarıla bilər.


Son xəbərlər

Orphus sistemi