Yuxarı

Avropa aviaşirkətləri İrana uçuşları bərpa edir

Eyni zamanda Peugeot da İran bazarına qayıtmaq niyyətində olduğunu bəyan edib

Bakı. 28 yanvar. REPORT.AZ/ Avropanın bəzi aviaşirkətləri 5 illik fasilədən sonra İrana uçuşları bərpa etməyi planlaşdırır. "Report" AP-yə istinadən xəbər verir ki, bu barədə İran Mülki Aviasiya İdarəsinin rəis müavini Məhəmməd Hodakərami məlumat verib.

Onun sözlərinə görə, çərşənbə axşamı Tehrana səfəri zamanı Böyük Britaniyanın "British Airways" aviaşirkətinin nümayəndələri uçuşların bərpasını müzakirə edib. M.Hodakərami onu da qeyd edib ki, "Air France" və KLM artıq İrana uçuşları yenidən həyata keçirməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, Avropa aviaşirkətkəri İranın nüvə proqramı ilə bağlı beynəlxalq sanksiyaların tətbiqindən sonra İrana uçuşları dayandırmışdı.

Eyni zamanda AFP-nin məlumatına görə, bu gün Fransanın aparıcı avtomobil istehsalçılarından olan "Peugeot" da İran bazarına qayıtmaq niyyətində olduğunu bəyan edib. Şirkət 400 milyon avroluq razılaşamaya hazır olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi