Yuxarı
    Bağlamaq

    ​Avropa Komissiyasının sədr müavini Türkiyəyə səfər edəcək

    Səfər çərçivəsində Türkiyədən Avropaya keçən qaçqınların miqrasiyasının azaldılması məsələsi müzakirə olunacaq

    Bakı. 7 yanvar. REPORT.AZ/ Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans yanvarın 10-da Türkiyəyə səfər edəcək.

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Frans Timmermans Niderlanda səfəri öncəsi bildirib.

    Məlumata görə, səfər çərçivəsində Türkiyədən Avropaya keçən qaçqınların sayının azaldılması ilə bağlı rəsmi Ankaranın öhdəliklərinin yerinə yetirilməsi müzakirə olunacaq.

    Qeyd edək ki, miqrasiya prosesinin qarşısının alınması üçün Avropa İttifaqı Türkiyəyə 2016-cı ildə 3 milyard avro yardım edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi