Yuxarı

Həştərxanda Xəzər dənizində gəzinti üçün nəzərdə tutulmuş sərnişin gəmisinin tikintisinə başlanacaq

Gəmi 300 nəfər üçün nəzərdə tutulub

Bakı. 26 iyul. REPORT.AZ/ Həştərxanda 2016-cı ilin avqustunda  Xəzər dənizində gəzinti üçün nəzərdə tutulmuş sərnişin gəmisinin tikintisinə başlanacaq.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüş zamanı Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib.

"Avqust ayında bütün Xəzər dənizi ölkələrinə səyahət edəcək gəminin tikintisinə başlayırıq. Bu layihəyə xüsusi önəm verilir. Ölkə rəhbərliyi tərəfindən də dəstək var. Ümumilikdə iki gəzinti gəmisinin tikintisi nəzərdə tutulur. Onlardan biri "Lotos", digəri isə "Krasnoye Sormovo" tərəfindən tikiləcək".

Üç yüz sərnişin üçün nəzərdə tutulmuş gəmidə restoranlar, idman zalları, spa-salonlar, sauna və s. fəaliyyət göstərəcək. İlk bu cür gəminin tikintisi 2019-cu ildə yekunlaşmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi