Yuxarı

ATOR sədri: "Bu il Rusiya və Türkiyə arasında çarter reysləri həyata keçirilməyəcək"

Maya Lomidze: Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra rusiyalı turistlərin bu ölkəyə marağı azalıb

Bakı. 19 iyul. REPORT.AZ/ "Bu il Rusiya və Türkiyə arasında çarter reysləri həyata keçirilməyəcək". 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) sədri Maya Lomidze bildirib.  

Onun sözlərinə görə, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra rusiyalı turistlərin bu ölkəyə marağı azalıb: "Ancaq buna baxmayaraq, Türkiyəyə turpaket alanlar səyahətlərindən vaz keçməyiblər". 

M.Lomidze iyulun 14-də Türkiyə və Rusiya nümayəndə heyətləri arasında keçirilən toplantıda tərəflər turistlərin istirahət mərkəzlərindəki təhlükəsizliyinin təmin edilməsi məsələsini müzakirə edib və nəticədə Türkiyənin türistlər üçün təhlükəli sayılan ərazilərinin siyahısının təqdim olunması ilə bağlı razılığa gəliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi