ATƏT: Ukraynada parlament seçkiləri beynəlxalq standartlara uyğun olub

ATƏT: Ukraynada parlament seçkiləri beynəlxalq standartlara uyğun olub Ukraynada seçkilər şəffaf keçirilib və vətəndaşların öz iradəsini sərbəst ifadə etmək prosesinə tətbiq olunan beynəlxalq standartlara uyğun olub.
Region
22 İyul , 2019 16:57
ATƏT: Ukraynada parlament seçkiləri beynəlxalq standartlara uyğun olub

Ukraynada seçkilər şəffaf keçirilib və vətəndaşların öz iradəsini sərbəst ifadə etmək prosesinə tətbiq olunan beynəlxalq standartlara uyğun olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ATƏT-in xüsusi koordinatoru, ATƏT Parlament Assambleyasının fəxri sədri, Finlandiya parlamentinin müdafiə komitəsinin rəhbəri İlkka Kanerva bildirib.

"Səsvermə şəffaf olub, seçkilərin təşkili isə yaxşı səviyyədə idi. Səslərin sayımı da şəffaf olub", - o deyib.

İ.Kanervanın sözlərinə görə, seçki kampaniyası demokratik prosedurlarla bağlı bir sıra pozuntulara baxmayaraq, rəqabətli keçib.

Qeyd edək ki, səsvermə protokollarının 64,03%-nin sayılmasının nəticələrinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin tərəfdarlarının Xalqın Xidmətçisi Partiyası səslərin 42,54%-ni qazanıb.

Son xəbərlər

Orphus sistemi