Yuxarı

ATƏT nümayəndəsi: "Moskvada səsvermə yüksək səviyyədə təşkil edilib"

İlkka Kanerva: Hər şey kifayət qədər aydın və dəqiqdir

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Moskvada səsvermə yüksək səviyyədə təşkil edilib"

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ATƏT müşahidəçilərinin Rusiyada Dövlət Dumasına keçirilən seçkiləri izləyən xüsusi koordinatoru İlkka Kanerva deyib.

"Səsvermə yüksək səviyyədə təşkil edilib. Hər şey kifayət qədər aydın və dəqiqdir", - deyə 141 saylı seçki məntəqəsinə baş çəkən Kanerva nəticələri qiymətləndirərkən deyib.

ATƏT müşahidəçiləri Fadeyev küçəsindəki 141 saylı məntəqəyə gəliblər. Onlar səsvermə üçün hazrlanmış köşklərə, seçici siyahılarına, informasiya materiallarına baxış keçiriblər və komissiyanın əməkdaşlarına bir neçə sual veriblər.

Qeyd edək ki, bu gün Rusiyada Dövlət Dumasına seçkilər keçirilir. Ölkə seçiciləri parlamentin aşağı palatasının - Dövlət Dumasının deputatlarını seçirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi