ATƏT-in Yerevan ofisi bağlana bilər

ATƏT-in Yerevan ofisi bağlana bilər Ermənistan tərəfi İrəvan ofisinin mandatının uzadılması ilə bağlı ATƏT ilə konsensus əldə edə bilməyib
Region
12 Yanvar , 2017 14:00
ATƏT-in Yerevan ofisi bağlana bilər

Bakı. 12 yanvar. REPORT.AZ/ Ermənistan tərəfi İrəvan ofisinin mandatının uzadılması ilə bağlı ATƏT ilə konsensus əldə edə bilməyib.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Yazılanlara əsasən, tərəflər arasında razılaşmanın olmaması nəticəsində ofisin fəaliyyətinin taleyi "havadan asılı" qalıb.

Qeyd edək ki, mövcud təcrübəyə əsasən, milli ofislərin fəaliyyəti üçün mandat ATƏT-ə üzv ölkələrin konsensusu əsasında hər il uzadılır.

Hələlik Ermənistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şərh verməyib.

Son xəbərlər

Orphus sistemi