ATƏT-in müşahidə missiyası Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb

ATƏT-in müşahidə missiyası Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb Bakı. 19 mart. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyası Rusiyada keçirilən prezident seçkilərində apardıqları müşahidənin nəticələri ilə bağlı bəyanat yayıb.
Region
19 Mart , 2018 16:56
ATƏT-in müşahidə missiyası Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb

Bakı. 19 mart. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyası Rusiyada keçirilən prezident seçkilərində apardıqları müşahidənin nəticələri ilə bağlı bəyanat yayıb.

"Report"un ATƏT-in Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda qeyd olunur ki, martın 18-də Rusiyada keçirilən prezident seçkiləri inzibati baxımdan yaxşı təşkil olunub, lakin fundamental azadlıqların məhdudluğuvə əsl rəqabətliliyin olmaması ilə səciyyələnib.

Bildirilir ki, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) açıq və effektiv fəaliyyət göstərib, kifayət qədər seçici fəallığı müşahidə olunub.

ATƏT müşahidəçilərinin qısamüddətli missiyasının rəhbəri Maykl Georq Link bildirib ki, real rəqabət olmadan seçim, gördüyümüz kimi, real seçim deyil: "Mərkəzi Seçki Komissiyaları tərəfindən seçkilərin texniki aspektlərinin peşəkar və səmərəli idarəedilməsi diqqətə layiqdir".

Son xəbərlər

Orphus sistemi