ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstanda səfərdədir

ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstanda səfərdədir Görüş zamanı Avstriya və Gürcüstan XİN başçıları Abxaziya və Cənubi Osetiyadakı həll olunmamış münaqişələr məsələsini müzakirə ediblər
Region
3 Fevral , 2017 11:09
ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstanda səfərdədir

Bakı. 3 fevral. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Gürcüstanda səfərdədir.

"Report" xəbər verir ki, o, səfər çərçivəsində gürcüstanlı həmkarı Mixeil Canelidze ilə görüşüb.

XİN başçıları Abxaziya və Cənubi Osetiyadakı həll olunmamış münaqişələr məsələsini müzakirə ediblər.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstandan sonra Moldovaya səfər edəcək.

Son xəbərlər

Orphus sistemi